Logo

Bu il yaşı 70-dən yuxarı heç bir şəxs fəlsəfə doktoru elmi dərəcəsi ala bilməyib

07.09.2022 13:22 374 baxış
IMG

Bu ilin I yarımilində elmi dərəcə verilmiş iddiaçıların yaşa görə bölgüsü açıqlanıb.

"Report"un Prezident yanında Ali Attestasiya Komissiyasından əldə etdiyi məlumata görə, fəlsəfə doktoru elmi dərəcəsi 35 yaşa kimi 70 şəxsə, 35-50 yaş arası 146 şəxsə, 50-70 yaş arası isə 33 şəxsə verilib.

Həmçinin 35-50 yaş arası 8 şəxsə, 50-70 yaş arası 26 şəxsə, 70 yaşdan yuxarı 1 şəxsə isə elmlər doktoru elmi dərəcəsi verilib.

Bununla yanaşı, 35 yaşa kimi heç bir şəxs elmlər doktoru, 70 yaşdan yuxarı heç bir şəxs də fəlsəfə doktoru ala bilməyib.

Xəbər lenti