Logo

Bakı məktəblərində işə götürülən şəhid ailəsi üzvlərinin sayı AÇIQLANIB

07.09.2022 12:26 328 baxış
IMG

Bakı məktəblərinə 254 şəhid və qazi ailələrinin üzvləri, eləcə də qazi işə qəbul edilib.

Tehsil.biz xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1 nəfər direktor, 28 nəfər hərbi rəhbər, 10 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatının rəhbəri, 2 nəfər laborant, 207 nəfər kiçik xidmətedici işçi kimi işə götürülüb.

"Ümumilikdə isə 39 direktor, 113 direktor müavini, 28 hərbi rəhbər, 220 psixoloq, 23 kitabxana müdiri, 2550 müəllim, 10 uşaq birliyi təşkilatı rəhbəri, 44 laborant və 207 kiçik xidmətedici işçi işə qəbul edilib", - İdarə müdiri bildirib.

Xəbər lenti