Logo

MDU-da “Tyutor xidməti” təlimlərinə start verilib - FOTO

06.09.2022 20:10 302 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təlimlərinə start verilib.

Tehsil.biz xəbər verir ki, bir həftəlik təlimlərdə universitetin müvafiq əməkdaşları ilə yanaşı, Mingəçevir şəhərində yerləşən təhsil müəssisələrinin nümayəndələri və gələcəkdə ali təhsil sistemində çalışmaq istəyən gənclər iştirak edirlər.

Təlimlərin keçirilməsində məqsəd iştirakçıların ali təhsilin məzmunu, tədris və elmi fəaliyyətin əsas istiqamətləri, universitetlərin missiyası, Bolonya prosesinin yaratdığı reallıqlar və digər mövzularda bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlimlər MDU-nun təcrübəli inzibati və pedaqoji heyət üzvləri tərəfindən aparılır.

MDU-da artıq üçüncü dəfə ödənişsiz əsaslarla aparılan təlimlərə böyük maraq var. Budəfəki təlimlərə 30-a yaxın gənc qoşulub. Təlimləri uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, sürətlə modernləşən MDU-da mövcud kadr potensialının artırılmasına və ali təhsil haqqında maarifləndirmə işinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Xəbər lenti