Logo

Enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım...

06.09.2022 14:42 303 baxış
IMG

Azərbaycanın sıx şəkildə əməkdaşlıq etdiyi ölkələrdən biri də İtaliyadır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Prezident cənab İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.

Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Ölkələrimiz daxilən artiq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var .Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir.

Ölkəmizin İtaliya ilə önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Ölkəmiz böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Bunlar Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərləridir ki, o da İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.

Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.Beynəlxalq hüquq normaları bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi.

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Azərbaycan enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının iatismarı ilə bağlıdır. Azrbaycanın böyük qaz təchizatı boru kəmərinə malikdir. Avropa ittifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir.

Ucar rayon R.Abbasov adına Lək kənd 1№-li tam orta məktəbin GÇHR - Məftun Süleymanov

Xəbər lenti