Logo

Azərbaycanda rektor vəzifəsindən azad edildi

06.09.2022 14:10 570 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Həsən oğlu Cəfərov vəzifəsindən azad edilib.

"Tehsil.biz"in məlumatına görə, bununla bağlı sentyabrın 6-da Prezident İlham Əliyev Sərəncam imzalayıb.

İbrahim Cəfərov həmin vəzifəni 2013-cü ildən icra edib. O, bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.

Sözügedən şəxs kənd təsərrüfatı elmləri doktoru, və AMEA-nın müxbir üzvüdür. Professor 3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir.

Xəbər lenti