Sentyabrın 9-da Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşü giriş nitqi ilə açan təhsil idarəsinin müdiri Elçin Kərimov ilk olaraq yeni tədris ilində məktəblərin maddi-texniki baza, infrastrukturunun möhkəmləndiyini, eyni zamanda yeni tikiləcək və əsaslı təmir olunan məktəb binaları barədə məlumat bildirib. Daha sonra ötən tədris ilinin yekunları, əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələrdən danışıb.
Həmçinin idarə müdiri çıxışında ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görüləcək işlərdən söz açıb, bir sıra perspektiv məsələləri diqqətə çatdırıb.
Sonda təhsil işçilərinin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.