Logo

BDU xarici ölkələrin 8 ali təhsil müəssisəsi ilə beynəlxalq ikili diplom proqramlarını tətbiq edir

05.09.2022 12:23 493 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və digər ölkələrin qabaqcıl 8 universitet və institutu ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə beynəlxalq ikili diplom proqramlarını tətbiq edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ötən il BDU “Times Higher Education” beynəlxalq reytinqinə daxil edilib.

Universitetdə beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Bu əlaqələr dövlət qurumları və özəl şirkətlərlə yaradılır, bilavasitə tədris prosesinin, elmi tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına yönəldilir. Son dövrlər Əqli Mülkiyyət Agentliyi, Vəkillər Kollegiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, DOST Agentliyi, “AzerGold”, “PAŞA Bank”, “PAŞA sığorta”, “PAŞA Həyat Sığorta”, Mediasiya Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Xəzər TV” MMC, “ARB 24” telekanalı və digər qurumlarla müvafiq memorandumlar, müqavilələr imzalanıb. BDU-nun əlaqələrinin inkişafı nəticəsində son 2 ildə 30-a yaxın milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 80-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub.

Xəbər lenti