Bu gün şəhid müəllim Rəşad Məmmədovun doğum günüdür.
Tehsil.biz xəbər verir ki, Rəşad Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Şuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatında vuruşub.
Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.