Logo

"Universitetlərdə ötən əsrin 60-cı illərindənqalma kafedra müdirləri var" - Etibar Əliyev

03.09.2022 22:18 992 baxış
IMG

"Ölkənin universitetlərində ötən əsrin 60-cı illərindənqalma kafedra müdirləri var".

Tehsil.biz xəbər verir ki, bunu Millət vəkili Etibar Əliyev bildirib.

Deputat misal olaraq bir neçə şəxslərin adlarını qeyd edib:

"Məsumə Məlikova 1968-cı ildən indiyə kimi BDU-nun Hüquq fakültəsinin "Dövlət və hüquq nəzəriyyəsi və tarixi“ kafedrasının müdırıdir. Sudeyif İmamverdiyev 1990-cı İldən Tibb Universitetində "Urologiya" kafedrasının müdiridir. Yaqub Məmmədov isə ATU-da 1979-cu ildən "Pataloji fiziologiya" kafedrasının müdiridir".

Etibar Əliyevin sözlərinə görə, belələrinin sayı onlarladır.

"40-50 il kafedra müdiri olmuş dünyasını dəyişənlərin adlarını çəkmirəm. Qərbdəki və şərqdəki elmdən danışırıq. 40-50 il universitetlərdə kafedra müdiri vəzifələri zəbt edilirsə, hansı elmdən danışmaq olar?", - deyə millət vəkili qeyd edib.

Xəbər lenti