Logo

Ali məktəblərə qeydiyyatla bağlı çətinlik yarandıqda nə edək?

03.09.2022 13:54 488 baxış
IMG

Ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olan vətəndaşlar qeydiyyatla bağlı çətinlik yaşadıqları halda aşağıdakı xidmətlərdən yararlana bilərlər:

-Elm və Təhsil Nazirliyinin vatsap xidməti: +994-51-206-78-48;

-Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi: 146-6;

- 5 və 7 saylı Bakı, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri,

- Elm və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi.

Xatırladaq ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 12-si saat 23:59-da yekunlaşacaq. Abituriyentlər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Xəbər lenti