“Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb. O, bildirib ki, daxili araşdırmalar davam etdirilir: “Əlavə məlumat veriləcək”.
“Yeni Sabah”ın “Mehnur” Reabilitasiya Yaşam Mərkəzində olan əməkdaşının verdiyi xəbərə hazırda polis əməkdaşları mərkəzdə araşdırma aparır. Mərkəzin bir neçə əməkdaşı dindirilmə üçün Nizami Rayon Polis İdarəsinə aparılıb.
Hazırda mərkəzə giriş dayandırılıb, nə uşaqlar, nə də valideynlər içəri buraxılmır.
Bildirilir ki, uşaqlara işgəncə verən mərkəzin Aytac adlı əməkdaşı olub. Məlum video yayılandan sonra isə bu gün səhər saatlarında bir qrup valideyn mərkəzə gəlib. Valideynlərlə mərkəz əməkdaşları arasında qarşıdurma baş verib.
Qeyd edək ki, Mərkəz loqoped defektoloq Nuranə Hacizadə tərəfindən qurulub və 2016-cı ildən fəaliyyət göstərir.