Logo

Bakıda 8 yaşlı uşağı avtomobil vurub

03.09.2022 08:55 395 baxış
IMG

Bakıda 8 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Tehsil.biz”in məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

2014-cü il təvəllüdlü İsazadə Əyyub Şamo oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti