Logo

Türkiyəli tələbələr AzTU-ya səfər edib - FOTOLAR

02.09.2022 19:45 592 baxış
IMG

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin təşkilatçılığı ilə türkiyəli tələbələr Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

Tehsil.biz xəbər verir ki, Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan sonuncu kurs tələbələrinin AzTU-ya səfəri “Təcrübə paylaşım” proqramı çərçivəsində həyata keçirilib. Əvvəlcə  tələbələr AzTU-nun müxtəlif tədris korpusları ilə tanış olublar. Onlar həmçinin TİKA-nın dəstəyi ilə yaradılan “Cezeri Lab” laboratoriyasına baxış keçiriblər. Laboratoriyada tələbələrə burada aparılan sınaqlar barədə ətraflı məlumat verilib.

Tələbələr daha sonra AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər. Görüş zamanı AzTU-da görülən işlər, həyata keçirilən innovativ yeniliklər barədə tələbələrə ətraflı məlumat verilib. 

Xəbər lenti