Logo

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr edib

02.09.2022 15:20 522 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

 

 

 

Xəbər lenti