Logo

Milli Qəhrəmanın qızı da tələbə oldu - FOTO

01.09.2022 23:01 2405 baxış
IMG

Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı Əzizə Həmidova tələbə adını qazanıb.

"Tehsil.biz"in məlumatına görə, Əzizə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

Qeyd edək ki, Əzizə Həmidova bu il Qubadlı rayonu Xıdırlı kənd tam orta məktəbindən məzun olub.

Xatırladaq ki, Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Xəbər lenti