Logo

Mətbuat katibi Bakının mərkəzində ölümdən döndü - FOTO

01.09.2022 16:00 527 baxış
IMG

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümdən dönüb.

Tehsil.biz xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində bildirib.

“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı”, - deyə qeyd edən mətbuat katibi çox qorxduğunu bildirib:

“Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi. Bu binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir. İnsanların əsəbləri ilə oynamaq olmaz!”.

​​​

Xəbər lenti