Logo

Coğrafiya İnstitutunun alimi Zaqatala gəncləri ilə görüşüb

01.09.2022 14:43 435 baxış
IMG

Coğrafiya İnstitutunun böyük elmi işçisi, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov Zaqatala Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi ilə Mərkəzin birgə təşkil etdikləri görüşə dəvət olunub.

Tehsil.biz xəbər verir ki, Zaqatala gəncləri ilə görüşən alim onlara öz elmi nailiyyətlərindən, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən, karyerasında əldə etdiyi uğurlardan və bu uğurları qazanmaq üçün keçdiyi çətinliklərdən danışıb.

AMEA-nın müxbir üzvü gənclərin gələcək karyeralarını uğurlu qurmaları üçün onlara dəyərli tövsiyələr verib.

Xəbər lenti