Logo

ADPU ilə Biləcik Şeyx Edebali Universiteti arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

01.09.2022 10:18 636 baxış
IMG

Avqustun 30-da Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin Biləcik Şeyx Edebali Universiteti arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Biləcik Şeyx Edebali Universitetinin rektoru prof. dr. Şükrü Bəydəmir, müşavir Özgür Özcan, Beynəlxalq əlaqələr üzrə koordinator Murat Ağırman, ADPU-da 1 illik Osmanlı tarixi keçən Qaziantep universitetinin müəllimi Sadık Çetin və Oxford Xaricdə Təhsil Məsləhətçiliyinin qurucu direktoru Kənan Kərimov iştirak ediblər.

Görüş zamanı ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Rəna Həsənova və Gülnar Ələkbərova təmsil ediblər. Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Yozqat Bozok Universitetinin nümayəndə heyəti ilə görüşün yekununda rektorlar prof.dr. Cəfər Cəfərov və prof. dr. Şükrü Bəydəmir universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.

Xəbər lenti