Yeni tədris ilinin başlanmasına az vaxt qalıb.
Tehsil.biz universitetlərin bu il tədrisə ənənəvi, ya hibrid formada başlamasını öyrənmək üçün bir neçə ali məktəblər arasında sorğu keçirib.
Bakı Dövlət Universitetindən (BDU) sorğumuza cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyi bu barədə hansı qərarı verərsə, BDU-nun Elmi Şurası da ona uyğun qərar verəcək.
(1).jpg)
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından (AƏSMA) bildirilib ki, bu il tədris əyani formada təşkil olunacaq, ancaqehtiyac olarsa, hibrid formada da təşkil oluna bilər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) verilən məlumata görə, Elm və Təhsil Nazirliyindən başqa göstəriş gəlməyənə qədər hələ ki, ADMİU ənənəvi tədrisə hazırlaşır.
.jpg)
Azərbaycan Texniki Universitetindən (AzTU) "Tehsil.biz"ə bildirilib ki, karantin rejimində heç bir dəyişiklik edilməsə, sentyabrın 15-dən tədrisə ənənəvi formada başlanması planlaşdırılır.
.jpg)
Mingəçevir Dövlət Universitetindən (MDU) bildirilib ki, MDU-da dərsin ənənəvi formada keçirilməsi planlaşdırılıb, amma pandemiyanın gedişatı ilə bağlı veriləcək qərarlar gözlənilir və yekun qərar buna görə veriləcək.

Lənkəran Dövlət Universitetindən (LDU) isə "Tehsil.biz"ə bildirilib ki, LDU-da tədris ənənəvi formatda start götürəcək.
.jpg)