"Abituriyentlərin ixtisas seçiminin nəticələri yaxın vaxtda açıqlanacaq".
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, seçim prosesi avqustun 29-u başa çatıb və bu həftə ərzində nəticələrin elan edilməsi gözlənilir.
Qeyd edək ki, ali təhsil müəssisəslərinə ixtisas seçiminə avqustun 29-u saat 09:00-da yekun vurulub.