Logo

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat başa çatır

31.08.2022 10:43 385 baxış
IMG

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı 11 sentyabr 2022-ci il tarixində keçiriləcək.

Tehsil.biz xəbər verir ki, test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında  1 sentyabr saat 17:00-dək davam edəcək.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilərlər: 

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq; 

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Namizədlər test imtahanı proqramları ilə buradan tanış ola bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanında yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar Mərkəzin internet portalında yerləşdirilib.

Xəbər lenti