Logo

BANM-in tələbəsi Türk Aviasiya və Kosmos Sənayesi Şirkətində təcrübə keçib

31.08.2022 01:33 570 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Nihad Həbizadə Türkiyənin Yunus Əmrə İnstitutu  və Türk Aviasiya və Kosmos Sənayesi Şirkətinin (TUSAŞ) təşkil etdiyi “Sky Global Mədəni mübadilə və Yay təcrübə proqramı”nda iştirak edib.

Tehsil.biz xəbər verir ki, o, bu il ilk dəfə keçirilən tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrdən seçilən 10 nəfərdən biridir.

Nihad Həbizadə proqramın ilk 4 həftəsində TUSAŞ-nin Ankarada yerləşən “Akıncı” müəssisəsində NC proqramlaşdırma və avtomatlaşdırma üzrə təcrübə keçib. Təcrübədə uğurla iştirak edən BANM tələbəsi TUSAŞ-nin prezidenti və Baş icraçı direktoru, professor Temel Kotil tərəfindən sertifikatla təltif olunub.

Nihad Həbizadə proqramın son həftəsində Türkiyə mədəni irsinin tanıdılması məqsədilə Yunus Emre İnstitutu tərəfindən İstanbul, Ankara və Kapadokyanın tarixi yerlərinə təşkil edilən səfərdə iştirak edib.

Xəbər lenti