Logo

Müəllim öldü, toy yasa döndü

30.08.2022 22:26 19897 baxış
IMG

Qaxda toy mərasimi zamanı bədbəxt hadisə baş verib.

“Tehsil.biz”in məlumatına görə, hadisə Qax şəhərində “Bəyaz saray” şadlıq evində olub.

Belə ki, toyda iştirak edən Qax şəhər sakini 1968-ci il təvəllüdlü Məmmədova Vəfa Loğman qızının halı pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, toyda ölən Vəfa Məmmədova Azərbaycan dili müəllimi idi.

Xəbər lenti