Logo

Bağça müdiri yelləncəkləri niyə zəncirlətdirib?

30.08.2022 16:00 311 baxış
IMG

Xırdalan şəhəri 17 saylı bağçanın müdiri Günay Hacıyeva bağçanın həyətindəki yelləncəkləri zəncirlətdirərək onlardan istifadəni qadağan edib.

Redaktor.az xəbər verir ki, G.Hacıyeva direktor təyin edilən gündən bu qadağanı tətbiq edərək uşaqları yelləncəyə həsrət qoyub.

Məsələni aydınlaşdırmaq üçün G.Hacıyevayla əlaqə saxladıq. O, əvvəlcə yelləncəklərin bağlı olmadığını desə də, sonradan zəncirləndiyini etiraf etdi:

“Yelləncəkləri valideynlərə görə məcbur qalıb bağlatmışam. Uşaqlara fikir vermirlər. Uşaqları həyətə çıxaranda gah ayaqüstə yellənirlər, gah bir-birini itələyirlər. Vlideyn gəlib uşağını vaxtından əvvəl götürür, lakin aparmır, başqa valideynlərlə söhbətə başı qarışır. Uşaq da başlı-başına qalıb yelləncəkdə yellənir. Biz uşaqlara nə vaxta kimi nəzarət etməliyik?Buna görə də yelləncəklər də zəncirlətdirdim.”

Günay Hacıyeva onu da qeyd etdi ki, yelləncəyin ləğv edilməsinin onların iş fəaliyyətinə adiyyatı yoxdur.

“Uşaqların yay vaxtı istirahəti yelləncəkdən ibarət olmur. Ona görə də, yelləncəyin də bizim iş fəaliyyətimizə adiyyatı yoxdur. Yay vaxtı uşaqlar üçün gəzinti var, gəzintidən sonra da onlar üçün əyləncəli oyunlar keçirilir.”

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin sədri Cəsarət Valehovla da əlaqə saxladıq. O, məsələdən xəbərsiz olduğunu, amma araşdıracağını bildirdi.

Həmidə İbrahimova

Xəbər lenti