Logo

BDU-nun professoru Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

30.08.2022 14:28 425 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya isə “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Xəbər lenti