Logo

Müddətli müqavilə ilə vakansiya seçimlərinə start verildi

30.08.2022 12:06 518 baxış
IMG

Avqustun 30-da 2022-2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bu gün saat 11:00-dan etibarən namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.

Qeyd edək ki, müddətli müqavilə əsasında vakansiya seçimi 1 sentyabr saat 11:00-dək davam edəcək.

Xəbər lenti