Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan ali təhsil müəssisələri arasında ən gənc müəllim və işçi heyətinə görə birinci yerdədir.
Tehsil.biz xəbər verir ki, BANM-də müəllim və əməkdaşların orta yaş həddi 40 yaş təşkil edir.
Ümumilikdə Ali Məktəbdə 222 nəfər çalışır. Onların 143 nəfəri (64 %) qadın, 79 nəfəri (36 %) isə kişidir.
BANM əməkdaşlarının 68 nəfəri pedaqoji heyət, 91 nəfəri inzibati heyət, 63 nəfəri isə xidmət sahəsinin işçilərindən ibarətdir.
Pedaqoji heyətin 44 nəfəri (65 %) qadın, 24 nəfəri (35 %) kişidir. İnzibati və xidmət sahəsində də qadınlar çoxluq təşkil edir: 46 nəfər (50,5 %) və 53 nəfər (84 %).