Logo

Müəllimlərin sertifikatlaşdırılmasına başlanılıb - YENİLƏNİB

30.08.2022 10:07 616 baxış
IMG

Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi başlayıb. 

Tehsil.biz xəbər verir ki, ilkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edir.

İmtahanlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunub.

Test imtahanı mərhələsində 60 sual namizədlərə təqdim olunacaq. Hər bir düz cavab bir bal kimi müəyyən ediləcək. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq.

09:13

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə başlanılır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edəcək.

İmtahanlar 30 avqust -1 sentyabrda Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunacaq.

Xəbər lenti