Logo

6-cı sinif şagirdi tüfənglə özünü yaraladı

29.08.2022 10:55 778 baxış
IMG

Göyçayda 6-cı sinif şagirdi tüfənglə ehtiyatsız davrandığı üçün xəsarət alıb.

"Tehsil.biz"in “Qafqazinfo”ya istinadən məlumatına görə, Sumqayıt sakini, 2011-ci il təvəllüdlü İsmayıl Fərzəlizadə qonaq getdiyi evdə tir tüfəngi ilə oynayarkən atəş açıb. Azyaşlı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Hazırda uşaq evdədir, vəziyyətinin normal olduğu bildirilir.

Xəbər lenti