Logo

Elm və təhsil naziri Bakı məktəblərinin direktorları ilə görüşüb - YENİLƏNİB

27.08.2022 23:07 807 baxış
IMG

Avqustun 27-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə əvvəlcə pedaqoji heyətin vəzifə maaşlarına əlavələrlə bağlı qərar müzakirə edilib, qarşılıqı fikir mübadiləsi aparılıb.

Emin Əmrullayev məktəb direktorlarının nüfuzu, məktəb-icma münasibətləri, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, təhsilverənlərin sertifikatlaşdırılması mövzularında çıxış edib.

Nazir tədrisin keyfiyyətinin artmasına yönələn tədbirlər barədə də məlumat verib.

Görüşün sonunda direktorların çoxsaylı sualları cavablandırılıb.

11:59

Elm və təhsil naziri Emin Əmrullayevin yeni təhsil ili öncəsi Bakı şəhərinin ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşü keçirilir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Xəbər lenti