Logo

“Xarıbülbül” komandası intellektual oyunun qalibi olub

27.08.2022 09:02 441 baxış
IMG

Şagirdlər  arasında yay tətili günlərində keçirilən intellektual bilik yarışması Beyləqan rayonunda da maraqlı keçib.

Heydər Əliyev Mərkəzində baş tutan bu yarışmanın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirməsini təmin etmək, onların istedad və bacarıqlarının üzə çıxarılmasına, ölkə üçün layiqli vətəndaşlar kimi yetişməsinə nail olmaqdır. Yarışmada “Qarabağ”, “Şuşa”,” Xarıbülbül”, eləcə də Zəfər” komandaları öz məharətlərini sınayıblar. “Xarıbülbül” komandası final mərhələnin qalibi adını qazanıb.

Qeyd edək ki, qaliblərə diplomlar, iştirakçılara isə həvəsləndirici mükafatlar verilib.

Sifai SƏFƏROVA

Xəbər lenti