Logo

"Özümə inandığım üçün 692 balı qeyri-adi hesab etmirdim" - VİDEO

26.08.2022 22:17 1150 baxış
IMG

Ziya Məlikov Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. O, I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən ən yüksək - 400 olmaqla, ümumilikdə 692 bal toplayıb.

İbtidai təhsilini Sumqayıt şəhər 23 saylı tam orta məktəbdə alan Ziya sonrakı illərdə isə təhsilini Təbiət elmləri təmayüllü gimnaziyada davam etdirərək, 9-cu sinif buraxılış imtahanını 100 % nəticə ilə, 11-ci sinfi isə qızıl nişanla bitirib.

Ziiya buraxılış və birinci cəhd qəbul imtahanlarından ümumilikdə 677,6 bal toplasa da, bu nəticəni daha da artıra biləcəyinə inanaraq ikinci cəhd qəbul imtahanında isə maksimal bal (400) toplayıb və ümumi balını 692.3-ə çatdırıb.

Daha ətraflı "TehsilBiz TV"nin sujetində:

Xəbər lenti