Logo

Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib

26.08.2022 20:08 492 baxış
IMG

Bu gün internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Bu barədə “Tehsil.biz"ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsahibələrə 161 namizəd dəvət edilib. Onlardan 134 namizəd müsahibə mərhələsində iştirak edib.

Qeyd edək ki, müsahibələrdə namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyətliliyi yoxlanılıb.

Xəbər lenti