Logo

Müsahibələrdə uğur qazanan 293 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

26.08.2022 15:35 344 baxış
IMG

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4223 nəfər müraciət edib. Bu gün saat 14:15-dək olan məlumata görə, 293 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Xəbər lenti