Logo

Müəllimlərin sertifikasiyası ləğv edilir? - RƏSMİ AÇIQLAMA

26.08.2022 14:36 22463 baxış
IMG

Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ləğv edilməsi ilə bağlı məlumatlar yayılır.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, paylaşılan dezinformasiya xarakterli məlumatlar həqiqəti əks etdirmir:

"Bu barədə rəsmi məlumat yoxdur. Vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etmələrini xahiş edirik. 30 avqustdan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə start veriləcək. Sertifikatlaşdırma prosesinə cəlb olunmuş müəllimlər şəxsi kabinetlərinə göndərilmiş vaxtda imtahan mərkəzinə yaxınlaşmalıdır",  - məlumatda qeyd olunub.

Xəbər lenti