Logo

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında uğur qazanmış namizədlərin NƏZƏRİNƏ

25.08.2022 12:34 365 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də və iyunun 19-da dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarında uğur qazanmış namizədlərə müraciət edib.

DİM-dən bildirilib ki, uğur qazanmış namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.

Xəbər lenti