Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə 285 nəfər uğur qazanıb

25.08.2022 11:16 337 baxış
IMG

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4222 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:45-dək olan məlumata görə, 285 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Xəbər lenti