Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Tehsil.biz xəbər verir ki, olay şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, "Xəzər Azamand" markalı avtomobil yolu keçmək istəyən piyada 2009-cu il təvəllüdlü G.Babayevanı vurub. Qəza zamanı 13 yaşlı G.Babayeva aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.