“Əvvəllər şagird sayından asılı olmayaraq hər məktəbdə bir psixoloq fəaliyyət göstərirdi".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev məktəb psisoloqlarının maaşlarından danışarkən deyib.
Nazir bildirib ki, biz hazırda məktəblərdə qısnama, bullinq və.s halları ilə bağlı psixoloji xidmətin mahiyyətinin dəyişməsi haqda düşünürük:
"Bununla bağlı işlərə başlamışıq. Bundan sonra əməkhaqqı məsələsinə də yenidən baxıla bilər. Burada əsas məqam məktəblərdə psixoloji xidmətin keyfiyyətini artırmaqdır”.