"Erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun və müəllimlərin müdaxilə etmək imkanları məhduddur".
"Tehsil.biz"in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, bir çox hallarda erkən nikahlar IX sinifdən sonra baş verir:
"IX sinifdən sonra isə təhsil icbari deyil. Yəni bəzi uşaqlar artıq ümumiyyətlə məktəbə gəlmirlər ki, direktor məsələni bilsin. Amma təbii ki, məktəb daxilində bununla bağlı maarifləndirmə işi aparılır və aparılmalıdır. Bu daha çox ailə, cəmiyyət, mədəniyyət məsələsidir. Ona görə də məktəb direktorunun bu məsələdə günahı yoxdursa, onu necə cəzalandırmaq olar?”