"Elə müəllimlər var ki, ibtidai sözünü "iptidai, ibtidayi" yazır. Həmin müəllimin şagird qarşısına çıxarılması günahdır".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bu səbəbdən həmin müəllimləri sertifikasiyaya cəlb edirik ki, təhsilin keyfiyyəti artsın:
“Digər tərəfdən sertifikasiyanın keçirilməsidən sonra əlavələr də tətbiq olunacaq ki, bu da müəllimlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək”.