Logo

Nazirdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

23.08.2022 12:15 637 baxış
IMG

“Biz məktəbli formasının rəngini, elementlərini müəyyən edirik, formasını tənzimləyirik. Əgər forma bahadırsa, bu, bazar münasibətləridir, istehlakçıların hüquqlarının müdafiəsi mövzusudur, elm və təhsil mövzusu deyil”.

Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, belə halların olması yaxşı deyil.

Nazir təsdiqlənmiş məktəbli formasında bəzi məktəb direktorlarının şalvarın üzərindən xətt çəkərək valideynlərə göndərməsi ilə bağlı yayılan məlumata da münasibət bildirib.

"Belə konkret şikayətlər varsa, məktəbin nömrəsi, hansı direktor edibsə, bununla bağlı müraciət olunsun və araşdırılsın", - nazir qeyd edib.

Xəbər lenti