“İlkin planımızda müəllimlərin işə qəbulu imtahanından yaxın 5 il ərzində keçən müəllimlərin sertifikatlaşmada iştirak etməməsi yer alır”.
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
Onun sözlərinə görə, sertifikatlaşma imtahanının məqsədi müəllimlər arasında rəqabətliliyi artırmaqdır:
'Bu imtahan işləyən müəllimlərin əməkhaqları arasında fərq yaradacaq. İstənilən halda bu alqoritm növbəti 4 il ərzində tətbiq ediləcək. Ümumillikdə 35 min müəllimi əhatə edəcək və mərhələli şəkildə müəllimlər sertifikatlaşmadan keçəcək. İlkin mərhələdə ibtidai sinif müəllimlərinin sertifikatlaşması aparılacaq”.