"Hazırda 6 saata yaxın dərs deyən 4 439 müəllim var: Bu da ümumi müəllimlərin 4 faizini təşkil edir. Onlar 150 manat maaş alırlar".
Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə məlumat verib.
Nazir bildirib ki, yeni qərarla həmin müəllimlərin də maaşı artmış olacaq:
"Bu rəqəm 10 faiz artımla təxminən minimum 165 manat, 35 faizlə isə minimum 203 manat olacaq. 6 saatdan 12 saata qədər 18 530, 12 saatdan 18 saata qədər 31 116, 18 saatdan 24 saatadək 40 209, 24 saatdan 34 382 nəfərdir".
E.Əmrullayev ölkədə bu gün üçün 129 min nəfər pedaqoji heyətin olduğunu qeyd edib:
"Bundan əlavə, 11 mindən çox idarəetmə heyətində olanlar da dərs deyir", - nazir bildirib.