“Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr məktəblərdəki şagird sayı ilə müəyyənləşir".
Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
Onun sözlərinə görə, burada məktəblərdəki məktəbəhazırlıq sinifləri nəzərə alınmır.
"Bura məktəbdəki I-XI sinif şagirdlərinin sayı daxildir", - nazir qeyd edib.