Logo

Bakıda anasını qətlə yetirən 15 yaşlı məktəbli MƏHKƏMƏ QARŞISINDA

23.08.2022 11:06 679 baxış
IMG

Bakının Nizami rayonunda anasını qətlə yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Tehsil.biz "Bizim.Media"ya istinadən xəbər verir ki, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılmaq üçün hakim Rasim Sadıxovun icraatına verilib.  Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

İttihama görə, bu il aprelin 20-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, İdeal Məmmədzadə qısqanclıq zəminində metronun “Neftçilər” stansiyasının yaxınlığında anası Ülviyyə İsmayılova ilə mübahisə edib. Mübahisə zamanı o, anasını bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən İdeal Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti