Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri müxtəlif müəssisələrdə yay istehsalat təcrübəsi keçiblər.
Tehsil.biz xəbər verir ki, BANM-in Neft-qaz mühəndisliyi ixtisasının II, III və IV kurs tələbələrinin bir hissəsi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində yay istehsalat təcrübəsində olub.
Bir ay davam edən təcrübədə ümumilikdə 48 tələbə iştirak edib.
Tələbələr təcrübə zamanı iş prosesi ilə yaxından tanış olub, istismarda olan qurğu və avadanlıqları, onlara nəzarət və idarəetmə sistemlərini, texnoloji prosesləri öyrənib, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə ediblər.
