Vətən müharibəsinin qəhrəman Şəhidi Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundovun Vətənə əmanət oğlu Ağamusa Axundzadə Türkiyə Respublikasının Kocaeli Universiteti, Texnologiya fakültəsi, Biomedikal mühəndisliyi ixtisasına qəbul olub.
Tehsil.biz xəbər verir ki, bu barədə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, A.Axundzadə Türkiyə Bursları Vəqfinin təqaüdünü də qazanıb.
Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 2020-ci ilin oktyabrın 2-də Talış istiqamətində gedən döyüşlərdə şəhid olub. Baş gizir Mirzə Axundov Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

