Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Elvin Qəribov 2022-2023-cü tədris ili üçün Padua Universiteti və Miscolc Universitetinin (İtaliya/Macarıstan) magistratura pilləsinə qəbul olunub.
Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.
Qeyd olunub ki, E.Qəribov UFAZ-da neft və qaz mühəndisliyi ixtisası üzrə təhsilin bakalavriat pilləsini bitirib.