Logo

UFAZ-ın məzunu Paris-Saklay Universitetinin magistratura pilləsində təhsil almaq imkanı qazanıb

20.08.2022 16:09 430 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Aqil İdriszadə 2022-2023-cü tədris ili üçün Fransanın Paris-Saklay Universitetinin magistratura pilləsinə qəbul olunub.

Bu barədə UFAZ-dan məlumat verilib.

A.İdriszadə UFAZ-da kimya mühəndisliyi ixtisası üzrə təhsilin bakalavriat pilləsini bitirib.

Xəbər lenti